Kişini avtobus vurdu, ölmədi

Kişini avtobus vurdu, ölmədi

Böyük Britaniyanın Redinq şəhərində qeyri-adi nəqliyyat hadisəsi baş verib.

İkimərtəbəli avtobusun altında qalan kişi heç nə olmamış kimi ayağa qalxıb, soyuqqanlı şəkildə qonşuluqda yerləşən pivəxanaya daxil olub.

Onun 53 yaşlı Saymon Smit olduğu deyilir. Kürəyindən zərbə almış piyada bir neçə metr qabağa tullanıb. Günün ikinci yarisi özü xəstəxanaya gedib, həkimlər onda ciddi bir şeyin olmadığını deyib.