Kişidanın çıxışı zamanı partlayış oldu

Kişidanın çıxışı zamanı partlayış oldu

Yaponiya Baş naziri Fumio Kişidanın Vakayama şəhərində ictimaiyyət qarşısında çıxışı zamanı yaxın ərazidə güclü partlayış olub.

AzerTimes xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.

Hökumət başçısını partlayışdan xəsarət almadan təxliyə etmək mümkün olub.

Məlumata görə, tədbir başlamazdan əvvəl tüstü bombasına bənzəyən əşya atılıb və partlayış baş verib.

Hücum edən şəxsin saxlanıldığı bildirilib.

Teqlər: