Kişi ölümlərinin cavanlaşmasının səbəbləri – Həkim

Kişi ölümlərinin cavanlaşmasının səbəbləri – Həkim

Ürək, qan-damar sistemi xəstəlikləri dünyada, eləcə də ölkəmizdə ölüm səbəbi olaraq birinci yerdədir. Ölkəmizdə və dünyanın bütün ölkələrində ən geniş yayılmış bu xəstəlik qadınlara nisbətdə kişilər arasında daha da üstünlük təşkil edir.

Bu sözləri AzerTimes-a açıqlamasında invaziv kardioloq Şəmşir Vəliyev deyib.

Onun sözlərinə görə, ürək-damar xəstəliklərinin kişilər arasında daha çox yayılması ölkəmizdə və dünyada qadın-kişi ömrünün fərqinə ciddi təsir edir:

“Kişilər arasında bu xəstəliyin daha geniş yayılma səbəbi tütün məmulatları, spirtli içki aludəçiliyinin kişilərdə daha çox rast gəlinməsidir. Xəstəliyin son beş ildə daha da cavanlaşma səbəbi isə zərərli enerji içkiləri, “qəlyan”dan geniş istifadədir. Bununla yanaşı gənclər arasında narkotik maddə aludəçiliyi də bu fəsadların artımına, xəstəliyin cavan yaşlara getdikcə daha çox təsadüf etməsinə səbəb olmuşdur”.

Teqlər: