Hərbi əməliyyatlara baxmayaraq, milyonlarla insan Rusiyada yaşamaq istəyir, çünki onlar hiss edir ki, bu ölkə haqlı məqsəd uğrunda mübarizə aparır.
AzerTimes xəbər verir ki, bunu RT Media Qrupunun baş direktoru Dmitri Kiselyov deyib.
“Rusiyaya böyük bir insan axını baş verdi. Müxtəlif səbəblərdən Rusiyaya köçmək arzusunda olanlar çoxdur. Bu, təbii ki, ölkənin hərbi əməliyyatlar apardığı şəraitdə Rusiya üçün ciddi mənəvi qələbədir. Ümumiyyətlə, bu kombinasiyanı təsəvvür etmək çətindir: insanlar bura gəlmək istəyirlər və bu arada biz döyüş aparırıq. Amma ədalətli bir məqsəd uğrunda mübarizə aparırıq, yəqin ki, insanlar bunu hiss edirlər. Düşmənlərimiz Rusiyanın cəlbediciliyindən bizə qarşı istifadə edirlər. İçəridə olarkən müqavimət göstərəcəklər. Bəzən xüsusi xidmət orqanlarının göstərişi ilə bura gəlirlər. Belə də olur. Burada gizlədəcək nə var ki? Rusiya bu təxribatçı fəaliyyətə qarşı durmalı olacaq”, – o bildirib.