İranın Kirmanşah əyalətinin Cavanrud şəhərində dinc vətəndaşlara qarşı iriçaplı silahlardan atəş açılıb.
AzerTimes xəbər verir ki, hadisə etiraz aksiyalarında öldürülən Urfan Kakayi və Bahəddin Veysinin dəfn mərasimi zamanı baş verib.
Hökumət məmurlarının günorta saatlarında dəfn mərasimində iştirak edən minlərlə əhaliyə açdığı atəş zamanı ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, 59 yaşlı Urfan Kakayi və 16 yaşlı Bahəddin Veysi noyabrın 20-i gecə saatlarında keçirilən etiraz aksiyalarında hökumət məmurlarının açdığı atəş nəticəsində qətlə yetirilib.