İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər həbs olunanların sayı 32-yə qalxıb.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, tədbirlər davam edir.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb. Sonradan daha 7 yaralı həyatını itirib və ölənlərin sayı 91-ə çatıb.
Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.