Yanvarın 3-də İranın Kirman şəhərində baş verən partlayışdan sonra çox sayda insan itkin düşüb.
AzerTimes xəbər verir kİ, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Əşkan Musəvi deyib.
Qeyd edək ki, dünən Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb.