Kirman partlayışında SEPAH generalının ölümü… – Rəsmi

Kirman partlayışında SEPAH generalının ölümü… – Rəsmi

Kirmanda baş verən terror aktlarından sonra bəzi İsrail hesabları partlayış zamanı SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin öldüyünü iddia edib.

AzerTimes xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, araşdırmalar bu xəbərin yalan olduğunu və SEPAH-ın yüksək rütbəli komandirlərindən heç birinin partlayış baş verdiyi ərazinin ətrafında olmadığını göstərir.

Vurğulanıb ki, birinci partlayış Süleymani məqbərəsinin 700 metrliyində, ikinci partlayış isə ziyarətgahdan 1 kilometr aralıda olub.

Birinci partlayışdan sonra hadisə yerinə təcili yardım gəlib, ikinci partlayışda isə bir tibb işçisi ölüb, ikisi yaralanıb. Həmçinin 3 (bəzi mənbələrə görə 5) polis əməkdaşı da həyatını itirib.

Qeyd edək ki, bu gün Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.

Teqlər: