Kirkorov 400 manata görə axtarışa verildi

Kirkorov 400 manata görə axtarışa verildi

Rusiyanın xalq artisti Filipp Kirkorov avtomobili sürətli sürmək sevgisinə və yol hərəkəti qaydalarına məhəl qoymadığına görə xoşagəlməz vəziyyətə düşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, məhkəmə icraçıları müğənnini yol hərəkəti qaydalarını pozduğuna görə yığılmış və ödənilməmiş cərimələrlə bağlı axtarışa veriblər.

Bildirilib ki, 2023-cü ilin dekabrından başlayaraq, Kirkorov özünün dəbdəbəli “Rolls-Roys” avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozub. Çox vaxt rusiyalı pop ulduz sürət həddini aşıb, yol nişanlarının və xəttin tələblərinə məhəl qoymayıb və maşınını yanlış yerlərdə park edib. Bu pozuntular nəticəsində yığılmış cərimələrin məbləği 24 min rubla (400 manatdan çox – red.) çatıb.

Məhkəmə icraçıları Filipp Kirkorovun könüllü olaraq cərimələri ödəməsini gözləmədən ona qarşı icra tədbirinə başlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, müğənninin avtomobilinin qeydiyyat proseslərinə qadağa qoyulub, bu da o deməkdir ki, borc ödənilənə qədər avtomobili satmaq və ya yenidən qeydiyyatdan keçirmək mümkün deyil.

Teqlər: