Kiril Qaburiçi İlham Əliyevi təbrik etdi

Kiril Qaburiçi İlham Əliyevi təbrik etdi

Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerTimes məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident!

Tarixi hadisə – Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. 2012-ci ildən 2015-ci ilədək Azərbaycanda işlədiyim müddətdə Qarabağdan – öz yurdlarından didərgin düşmüş çoxlu sayda insanla görüşmək imkanım oldu. Mən onların dərin duyğularını və öz torpaqlarına qayıtmalarının əhəmiyyətini başa düşürəm.

Qarabağdakı son hadisələr bir çox yeni başlanğıclar vəd edir. Sizin belə çətin bir problemin həllinə siyasi baxışınız və strateji yanaşmanız həqiqətən təqdirəlayiqdir və şübhəsiz ki, bunun önəmli nəticələri özünü göstərəcək. Əminəm ki, bu əlamətdar hadisə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə və nəticədə bütün Cənubi Qafqazda həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək. Sizin liderliyiniz və tarixi baxışı reallığa çevirməkdə sarsılmaz əzminiz hamımız üçün ilham mənbəyidir. Mən qəti şəkildə inanıram ki, ümumi səylərlə biz gələcək nəsillərimiz üçün daha yaxşı bir dünya qura bilərik.

Sizə və ölkənizə davamlı uğurlar və rifah arzulayıram”.

Qeyd edək ki, K.Qaburiçi 2015-ci ildə Moldovanın Baş naziri olub.

Teqlər: