Kirbi: Biz rus xalqına qarşı deyilik

Kirbi: Biz rus xalqına qarşı deyilik

ABŞ nümunəvi ruslara viza verməyə hazırdır. Çünki rus xalqı Putin rejiminin cinayət əməllərindən əziyyət çəkməməlidir.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Vaşinqton Rusiya prezidenti, onun ətrafı və Kreml oliqarxlarına qarşı sanksiyalar tətbiq edir. Çünki onlar müharibəni dəstəkləyir. Amma biz Putinin hərəkətlərinə görə bütün rusların cavabdeh olmasını düzgün hesab etmirik. Sanksiyaları rus xalqı ilə müharibəyə çevirmək olmaz. Rus xalqını qınamaq olmaz. Putin və onun rejiminə görə ruslar əziyyət çəkməməlidir”, – Kirbi bildirib.

Teqlər: