Xəbər - Fərid Zöhrabov – Trend:
Kirayə mənzillərlə bağlı əsas çatışmazlıqlardan biri mənzilin üç
ildən tez rəsmiləşdirilməsinin qeyri-mümkünlüyü idi.
Əmlak eksperti Elnur FərzəliyevTrend-ə açıqlamasında bildirib ki, İpoteka və
Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə
kirayəyə verməsi Qaydasında edilən dəyişikliklə bu öhdəlik ləğv
olunub. Vətəndaş istənilən vaxt mənzili öz adına rəsmiləşdirə
bilər.
“Həmin bina komplekslərində yerləşən mənzillərin qiyməti
vətəndaşlar üçün əlverişlidir. Elə şəxslər var ki, həmin binalardan
mənzili nağd almaq istəyir, bəziləri isə kirayə yolla aldığı
mənzili bir müddət sonra satıb kreditini bağlamaq istəyir. Lakin
bu, üç il müddəti sona çatmadan mümkün deyildi, yəni mənzil sahibi
üç ildən tez mənzili sata bilmirdi. Artıq bu qadağa götürülüb.
Bütün bunlar daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq”, –
deyə ekspert bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq
öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi ilə
bağlı fərman imzalayıb.
Dəyişikliyə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra
kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya
qismən ödənişi həyata keçirilə bilər.
Kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində istənilən
vaxt kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini
başqa şəxsə ötürə bilər.