Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit
Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə
verməsi Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərman
imzalayıb.
Trend xəbər verir ki, dəyişikliyə əsasən kirayə müqaviləsi
bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından
əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.
Kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində istənilən
vaxt kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini
başqa şəxsə ötürə bilər.