Kıprıs TDT-yə üzv oldu: bu, tanınma deməkdir? – Ərdoğan

Kıprıs TDT-yə üzv oldu: bu, tanınma deməkdir? – Ərdoğan

Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv olması Şimali Kiprin müstəqil dövlət kimi qəbul edilməsi demək deyil.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müstəqil dövlət kimi tanımağın bir çox xüsusiyyətləri, həssaslığı var:

“Əlbəttə ki ilk olaraq Şimali Kiprin Prezidenti Ərsin Tatar bizə təşəkkür etdi. Ancaq biz çox güclü şəkildə ideya ortaya qoymalıyıq. Əvvəlcə özümüz bunun üzərinə çalışmalıyıq. Daha sonra isə Şimali Kipri dünyaya müstəqil dövlət kimi tanıtmaq üçün spiral formalaşdırmalıyıq. Yəni Kosova hadisələri də belə idi. O vaxt hadisələr fonunda Kosovanı tanıyan ölkə 100-ü keçdi. İndi səhv etmirəmsə, 120-yə yaxındır. Ancaq rəqəm burada ilişib qalıb. Nəzərinizə çatdırım ki, Şimali Kipr məsələsi Kosova qədər asan deyil, əksinə, daha çətindir. Ancaq əlimizdən gələni edəcəyik. İnanıram ki, Şimali Kipri dünyaya müstəqil ölkə kimi tanıtmaq imkanımız olacaq”.

Teqlər: