Sentyabrın 28-də vəfat edən millət vəkili Qənirə Paşayevanın Şimali Kipr Türk Cümhuriyyətində anım mərasimi keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 5-də Azərbaycan-Kipr Dostluq Cəmiyyətində keçiriləcək anım tədbirində Qənirə Paşayevanın ruhuna Quran oxunacaq, xatirə dəftərinin imza mərasimi təşkil olunacaq.