Kipr XİN başçısı da İrəvana gəlir

Kipr XİN başçısı da İrəvana gəlir

Martın 6-7-də Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistanda rəsmi səfərdə olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Martın 7-də Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutacaq, ondan sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, bundan öncə Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib.

Teqlər: