Kinonun işğala dirənişi – İstanbulda müzakirə

Kinonun işğala dirənişi – İstanbulda müzakirə

İstanbul Universitetində “Regional və qlobal faktorlar işığında Fələstin kinosu” adlı tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə İstanbul Universiteti Radio Televiziya və Kino Departamentinin dosenti Ahsen Deniz Morva Kablamacı və İstanbul Okan Universiteti Beynəlxalq Əlaqələr Departamentindən Həsən Dəniz Pekşen məruzəçi kimi iştirak edib.

Müharibələrin, geosiyasi və dərinləşən imperialist maraqların Yaxın Şərq, xüsusən də Fələstin xalqının sosial-mədəni həyatını necə formalaşdırdığı müzakirə edilib, bunun həmin xalqların kino sahəsinə təsirinə toxunulub.

Tədbirdə çıxış edən Kommunikasiya fakültəsi Kino Cəmiyyətinin rəhbəri Malik Bədəlov isə Fələstin məsələsinin 2023-cü ilin 7 oktyabrından bəri bütün xalqların gündəmini zəbt edən qlobal məsələ olduğunu vurğulayıb. O bildirib ki, bir cəmiyyət olaraq bu məsələnin müxtəlif miqyasda yaşam faktorlarına təsirlərini müzakirə etmək lazımdır:

“Kino tələbələri olaraq biz zülmə məruz qalmış xalq üçün kinonun əslində nə demək olduğunu, nə məna kəsb edə biləcəyini müzakirə etmək üçün bu tədbiri həyata keçirdik”, – Malik Bədəlov əlavə edib.

Teqlər: