2026-cı ilə qədər xərçəngə qarşı ilk peyvəndin bazara çıxarılacağına inanırıq.
AzerTimes xəbər verir ki, bu barədə “Biontech” şirkətinin qurucuları Prof.Dr. Özlem Türeci və Prof.Dr.Uğur Şahinin açıqlamasında deyilir.
Fərdi xərçəng müalicəsinə diqqət yetirdiklərini ifadə edən Türeci, qarşıdakı illərdə kimyaterapiyaya gərək qalmayacağını bildirib.
Şahinin sözlərinə görə isə 30 xərçəng növünə qarşı kliniki araşdırmalar aparılır və 2030-cu ilə qədər xərçəngin geniş müalicə metodları ərsəyə gətiriləcək.