Kimya üzrə Nobel mükafatının sahibləri açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə İsveç Kral Akademiyası məlumat yayıb.
Məlumata görə, mükafata Munqi Bavendi, Luis Bryus və Aleksey Ekimov layiq görülüb.
Onlara Nobel mükafatı Kvant nöqtələrinin kəşfi və sintezinə görə verilib.