Heç kimi Rusiya bazarından qovmamışıq. Hər kəsin öz seçim hüququ var.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı (SPİEF-23) plenar iclasında çıxışı zamanı deyib.
“Yaxşı bilirsiniz ki, heç vaxt öz bazarımızdan kimisə qovmamışıq. Hətta əksinə, onlara bütün müsbət və mənfi cəhətləri ölçüb-biçmək, rusiyalı tərəfdaşlar və belə bir addımın mümkün nəticələri barədə diqqətlə düşünmək təklif olunub. Hər bir tərəfdaşımızın seçim hüququ var idi”, – Putin bildirib.