Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Qazaxıstanın Sayram rayonunun Qarasu kəndində yaşayan azərbaycanlıların şəxsiyyət vəsiqələrində və pasportlarında milliyyətlərinin iranlı yazılması probleminə həsr olunub.
AzerTimes xəbər verir ki, verilişdə məsələnin mahiyyəti, bu problemin haradan qaynaqlanması ilə bağlı soydaşlarımızdan müsahibələr alınıb və onların milliyyətlərinin iranlı yazılmasının törətdiyi çətinliklər barədə danışılıb.
Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişinin Qarasu kəndindən hazırlanan xüsusi buraxılışını sizə təqdim edirik.