Kimlərəsə arxayın olanlar bilsinlər ki… – DYP-dən xəbərdarlıq

Kimlərəsə arxayın olanlar bilsinlər ki… – DYP-dən xəbərdarlıq

Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz.

AzerTimes xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan qadın sürücünün əməli lə bağlı Feysbuk hesabında yazıb.

“İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda imtizamsızlıq doğurar. Fərqlənmək üçün qaydaları pozma, qaydalara əməl edərək fərqlən”, – DYP rəsmisi əlavə edib.

R.Tağıyev sürücünün qayda pozuntusunu əks etdirən videogörüntünü də paylaşıb.

Teqlər: