Kiməsə imtahanda iştirakı qadağan etmirik – Emin Əmrullayev

Xəbər - Elçin Mehdiyev – Trend:

Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı yeni
qaydalar bir məktəbdə 3 ilə qədər çalışan müəllimlərə yerdəyişmədə
iştirak etməyi qadağan etmir.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin şəxslər iş yerindən çıxdıqdan sonra
imtahana qatıla bilərlər.

“Müşahidələrimiz göstərir ki, hər il bir neçə min müəllim iş
yerini dəyişir. Şagirdləri də başa düşmək lazımdır ki, hər il
siniflərinə başqa bir müəllim gəlir. Təhsil Nazirliyi olaraq da
həmişə birinci prioritetimiz uşaqlardır.


Qeyd edirəm ki, biz qəti şəkildə kiməsə imtahanda iştirak etməyi
qadağan etmirik. Sadəcə qeyd edirik ki, mövcud iş yerindən
çıxdıqdan sonra ora başqa müəllim gələ bilər”, – deyə nazir
bildirib.

O əlavə edib ki, şəhid ailələri daim diqqətdə saxlanılır. “Şəhid
ailələrinin üzvləri müəllimlərin işə qəbul imtahanı zamanı birinci
seçim edəcəklər”, – deyə nazir əlavə edib.

Teqlər: