Kim Ukraynada sülh istəyirsə, sui-qəsdə məruz qalır

Kim Ukraynada sülh istəyirsə, sui-qəsdə məruz qalır

Slovakiyanın Baş naziri Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsdlərdən sonra Serbiya Prezidenti Vuçiç də Ukrayna ilə bağlı mövqeyinə görə təhlükə altındadır.

AzerTimes xəbər verir ki, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Cənab Fitsoya, daha sonra Trampa sui-qəsd olanda Prezident Vuçiçə hazırlıqlı olmağını dedim. Çünki Ukraynada sülh yolu ilə həllin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, kimsə onlara atəş açır”, – o bildirib.

Vulin qeyd edib ki, Vuçiçə təhlükə onun siyasətinin əleyhdarları və xarici kəşfiyyat xidmətlərinin dəstəyindən istifadə edən beynəlxalq narkotik klanları tərəfindən yaranır.

Teqlər: