Kim deyir ki, Azərbaycan həmişə rusiyayönlü olacaq və Qarabağa görə Moskvaya sadiq qalacaq? Bakı sadəcə olaraq hesab edir ki, Moskva, nəhayət, düzgün mövqe tutub.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov erməni mediasına (“Güc faktoru” proqramına) açıqlamasında deyib.
“Ermənistanla bağlı sual da yaranır: Fransa silahları Qarabağın qaytarılmasına kömək edəcəkmi və yaxud Qərb hansısa təminat verə bilərmi? Qərb göstərdi ki, seçim etməyə o qədər də hazır deyil və bu seçimi də etməyəcək”, – o bildirib.
Onun sözlərinə görə, Moskvanın Qərblə münaqişəyə görə daha çox Türkiyə və Azərbaycana üz tutacağı, Qərbin də bu səbəbdən həmişə Ermənistanın yanında olacağına ümid artıq yoxdur:
“Yəqin ki, Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq, yəqin ki, o səviyyədə şişirdilmiş gözləntilər olmayacaq, sovet ətaləti də olmayacaq. Bu münasibətlər daha praqmatik olacaq, amma olacaq”.