Pxenyanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında keçirilən təkbətək görüşdən görüntü yayılıb.
AzerTimes xəbər verir ki, görüşün Pxenyandakı Kımsuan iqamətgahında baş tutduğu bildirilib.
Görüşün keçirildiyi otağa daxil olarkən Kim Çenin masaya dəvət üçün əl işarəsini Putin əl görüşmək istəyi kimi qəbul edib. Daha sonra Kim Çenin masanı işarə etdiyini anlayıb.
Qeyd edək ki, Putin ötən gün Şimali Koreyaya səfərə gedib. Rusiya liderinin bu gün oradan Vyetnama gedəcəyi gözlənilir.