Kim Çenin Rusiyaya səfəri… – ABŞ hədələdi

Kim Çenin Rusiyaya səfəri… – ABŞ hədələdi

ABŞ Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya gözlənilən səfərinin nəticələrini diqqətlə izləyəcək və Şimali Koreya silahlarının tədarükü ilə bağlı razılıq əldə olunarsa, sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Biz bu görüşün nəticələrini yaxından izləyəcəyik. Hər iki ölkəyə xatırlatmaq istərdim ki, KXDR-dən Rusiyaya istənilən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulması deməkdir”, – Miller bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Rusiyaya qatarla yola düşüb.

Teqlər: