Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Conq Cənubi Koreya hökumətini və prezident Yun Suk-Yeolu axmaq adlandırıb.
AzerTimes xəbər verir ki, bu barədə CTC məlumat yayıb.
O bildirib ki, Seul Vaşinqtonun “kuklası və sadiq iti” kimi Şimali Koreyaya qarşı sanksiyalardan bəhs edir:
“Onların sanksiyaları faydasızdır. Onları yüz, hətta min dəfə də tətbiq edə bilərlər. Əgər onlar hansısa sanksiyadan danışaraq mövcud vəziyyətdən çıxa biləcəklərini düşünürlərsə, deməli, onlar həqiqətən də tam axmaqdırlar”, – Kim Yo Conq bildirib.