Kim Çendən şok: 1,4 milyon “könüllü” orduya qatılır!

Kim Çendən şok: 1,4 milyon “könüllü” orduya qatılır!

Cənubi Koreya ilə gərginlik fonunda bir həftə ərzində təxminən 1,4 milyon Şimali Koreya vətəndaşı orduya qoşulmaq və ya geri qayıtmaq üçün müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

“Müharibə başlayarsa, Koreya Respublikası (Cənubi Koreya) xəritədən silinəcək. O, müharibə istədiyi üçün biz onun varlığına son qoymağa hazırıq”, – məlumatda deyilib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi isə xəbərdarlıq edib ki, əgər Pxenyan cənubi koreyalıların təhlükəsizliyinə zərər vurarsa, o gün rejiminin sonu olacaq.

Qeyd edək ki, Şimali Koreyanın ordusunun şəxsi heyəti hazırda 1 milyondan çıxdur.

Teqlər: