Bu buraxılış ədalətli və tamamilə qanuni hərbi tədbirdir və respublikanın təhlükəsizliyini təhdid edən və son zamanlar regionda təhlükəsizlik vəziyyətini qəsdən gərginləşdirən düşmənlərə cavab vermək əzmimizdən xəbər verir.
AzerTimes xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn qitələrarası ballistik raketin buraxılışı ilə bağlı çıxışında deyib.
“Sizi əmin edirəm ki, Şimali Koreya heç bir halda öz nüvə silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində kursunu dəyişməyəcək. Raket sınaqları strateji hücum qüvvələrinin gücləndirilməsi çərçivəsində baş tutub”, – Kim Çen İn bildirib.
Qeyd edək ki, bu gün Şimali Koreya Yapon dənizi istiqamətinə qitələrarası ballistik raket buraxılışı həyata keçirib.