Şimali Koreya lideri Kim Çen İn çevik əməliyyat təlimləri üçün nəzərdə tutulan ordu bazasına baş çəkib və təlim obyektlərinə baxış keçirib.
AzerTimes xəbər verir ki, bu barədə KCNA məlumata yayıb.
Məlumata görə, o, hərbçilərə müharibə vəziyyətində döyüş hazırlığını tez bir zamanda təkmilləşdirmək üçün təlimləri gücləndirməyi tapşırıb.
Onu Şimali Koreyanın müdafiə naziri Qanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil müşayiət edib.