Şimali Koreya lideri Kim Çen İn ölkə ordusunun əsgərləri ilə görüşüb və müharibəyə tam hazır olmağın vacibliyini vurğulayıb.
AzerTimes xəbər verir ki, bu barədə Pxenyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Kim Çen İn xarici düşmən qüvvələrin Pxenyana yaratdığı təhdidlərdən, onlara qarşı durmağın zəruriliyindən və bu kontekstdə ordu hissələrinin hazırlıq səviyyəsinin artırılmasının vacibliyindən danışıb.