Pxenyanın ballistik raketləri heç vaxt Seulu hədəfə almayacaq.
AzerTimes xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Kim Yo Çjon deyib.
“Axmaqlara izah edirəm: bizim ballistik raketlərimiz heç vaxt Seulu hədəfə almayacaq. Bizim hələ də Cənubi Koreyadan gələn pisliklə məşğul olmaq niyyətimiz yoxdur”, – Çjon bildirib.