İlk kəşfiyyat peyki olan “Malliqyon-1”in orbitə çıxarılması Şimali Koreyada kosmik sənayenin inkişafında yeni eranın başlanğıcı oldu.
AzerTimes xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.
“İnqilab tariximizdə qəhrəmancasına yeniliklərin və sürətli inkişafın simvolu və sinonimi kimi parlayan “Çxollima” daşıyıcı raketimizin buraxılması ilə kosmik gücdə yeni dövrə qədəm qoyduq”, – Kim Çen İn bildirib.
Qeyd edək ki, noyabrın 21-də Şimali Koreya “Çxollima-1” daşıyıcı raketi vasitəsilə “Malliqyon-1” kəşfiyyat peykini orbitə göndərib.