Kim Çen İn yardım təkliflərini geri çevirdi

Kim Çen İn yardım təkliflərini geri çevirdi

Şimali Koreya lideri Kim Çen İn ölkənin şimal qərbində ciddi fəsadlara yol açan selin vurduğu ziyanı aradan qaldırmaq üçün xarici ölkələrin və beynəlxalq təşkilatların yardım təkliflərini geri çevirib.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreya mediası məlumat yayıb.

Bildirilib ki, Kim Çen selə görə müvəqqəti sığınacaqlarda qalanları ziyarət edib:

“Qarşıdakı aylarda təqribən 15 min insan paytaxt Pxenyana gətiriləcək. Zərərçəkənləri hər sahədə dəstəkləyəcəyik. Xarici ölkələrə və beynəlxalq təşkilatlara humanitar yardım təkliflərinə görə təşəkkür edirəm. Selin səbəb olduğu zərər xarici qüvvələrin dəstəyi olmadan aradan qaldırılacaq”, – Kim Çen İn deyib.

Xatırladaq ki, Şimali Koreyanın şimal-qərbində yerləşən Sinuiju şəhərinə yağan leysan xarakterli yağış ölkənin Çinlə sərhədindəki Yalu çayının daşmasına səbəb olub. Nəticədə 5 mindən çox insan təxliyə edilib. Cənubi Koreya mediası, hadisə nəticəsində, təxminən ölü və ya itkin düşənlərin sayının 1000-i keçdiyini yazıb. Kim Çen isə iddianı təkzib edərək, Cənubi Koreyanı yalan məlumatlar yaymaqda günahlandırıb.

Teqlər: