Kim Çen İn ölkəsinə zirehli gödəkçə ilə qayıtdı

Kim Çen İn ölkəsinə zirehli gödəkçə ilə qayıtdı

Rusiyanın Primorye vilayətinin qubernatoru Şimali Koreya lideri Kim Çen İnə zirehli gödəkçə və Ukrayna əleyhinə müharibədə istifadə olunmaq üçün hazırlanmış 6 PUA hədiyyə edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

PUA-ların markası açıqlanmayıb.

Bundan başqa, Kim Çen İn Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiya Hava Kosmik Qüvvələrinin uzaq aviasiyasının komandanı Sergey Kobılaşdan da hədiyyələr alıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn bu gün ölkəsinə qayıdıb.

Teqlər: