Kılıçdaroğluya daha bir şok: Toxunulmazlığını itirəcək…

Kılıçdaroğluya daha bir şok: Toxunulmazlığını itirəcək…

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu yeni parlament müddətinin başlamasından sonra toxunulmazlığını itirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

“Kilçdaroğlu mayın 14-də keçirilən seçkilərdə deputatlığa namizəd olmadı, çünki o, prezidentliyə namizəd kimi irəli sürülüb.

2002-ci ildən Türkiyə parlamentinin deputatı kimi toxunulmazlığa malikdir.

Prokurorluq Kılıçdaroğlu ilə bağlı 40 cinayət şikayətindən birini təsdiq etsə, CHP partiyasının lideri məhkəmə qarşısına çıxacaq”, – mətbuatın yaydığı məlumatda qeyd olunub.

Teqlər: