Kılıçdaroğlunun yerində olsam, istefa verərdim – Oğan

Kılıçdaroğlunun yerində olsam, istefa verərdim – Oğan

CHP lideri Kamal Kılıçdaroğlunun yerində olsaydım, istefa verərdim.

AzerTimes xəbər verir ki, bu sözləri ATA İttifaqının prezidentliyə sabiq namizədi, 28 mayda keçirilən təkrar seçkilərdə Cümhur İttifaqına dəstək verən Sinan Oğan deyib.

“Kılıçdaroğlu bu seçkini referendum olaraq dəyərləndirib. Əgər bu seçki referendumdursa, demək ki, referendumda məğlub oldunuz. Kılıçdaroğlunun xeyli yaşı var. CHP mütləq qalibiyyət gətirəcək struktura sahib olacaq. Lakin o, kresloya yapışıb qaldığı müddətdə bu, baş vermir. Kılıçdaroğlunun yerində olsam, istefa verərdim”, – deyə S.Oğan bildirib.

Teqlər: