Türkiyədə prezident seçkilərinin 2-ci turunda CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının rəhbəri Ümid Özdağ arasında əldə olunan anlaşma məni çox məyus etdi.
AzerTimes xəbər verir ki, bunu Gələcək Partiyası sədri Əhməd Davudoğlu deyib.
Ə.Davudoğlu bildirib ki, biz “Altılı masa”da Türkiyənin gələcəyi ilə bağlı sənədlər hazırlamışdıq:
“O sənədlərlə ölkəni idarə etməyi planlaşdırırdıq. Lakin Özdağ bəyin siyasi yanaşması ilə “Altılı masa”nın yaratdığı sənədlər arasında ortaq bir əlaqə görmədim. Çünki Ü.Özdağ həmin sənədlərin ruhuna zidd yanaşmaları ilə tanınırdı. Kılıçdaroğlunun bu addımı əlbəttə ki, məni məyus etdi. Çünki biz necə birlikdə hərəkət edə bilərik? Mən ksenofobiyanın əleyhinəyəm, Türkiyədə etnik və məzhəb çatışmazlıqlarının provokasiyasına qarşıyam. Daha əvvəl mən buna etiraz edəndə Kılıçdaroğlu belə bir anlaşma yoxdur demişdi”.