Kılıçdaroğlu TRT-ni günahlandırdı: Telekanaldan cavab!

Kılıçdaroğlu TRT-ni günahlandırdı: Telekanaldan cavab!

TRT-nin baş direktoru Zahid Sobacı CHP lideri Kamal Kılıçdaroğlunun telekanal haqqında işlətdiyi fikirlərə cavab verib.

AzerTimes xəbər verir ki, baş direktor bu barədə Tvitter hesabında yazıb.

“TRT ölkənin hər yerində izlənilən, dünyaya səslənən güclü Türkiyə markasıdır. Seçki prosesləri zamanı ağır böhtanlara məruz qalsaq da, səsimizi çıxarmadıq. Türkiyəni və dəyərlərimizi ön planda tutan, yayımlarımızı yüksək qiymətləndirən kəndlilərimizə hörmətlər”, – Z.Sobacı bildirib.

Qeyd edək ki, K.Kılıçdaroğlu qatıldığı verilişdə kənd yerlərində səslərin aşağı düşməsini TRT ilə əlaqələndirib:

“Kənd yerlərinə vaxtında çatıb, özümüzü kifayət qədər izah edə bilmədik. Buradakıların çoxu yalnız TRT-yə baxır”.

Teqlər: