Kılıçdaroğlu qalib gəlsə, Bakı ilə əlaqələr… – De Vaal

Kılıçdaroğlu qalib gəlsə, Bakı ilə əlaqələr… – De Vaal

Əgər Türkiyədə müxalifət qalib gəlsə (14 may prezident seçkilərində “6-lı masa”nın namizədi Kamal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə – red.), onda ölkə Qərbə doğru sürüşəcək, Rusiya ilə daha praqmatik və daha soyuq münasibətlər yaranacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında deyib.

O etiraf edib ki, Ərdoğan və Əliyev arasında yüksək səviyyədə şəxsi münasibətlər Azərbaycan-Türkiyə əlaqələrinin əsasını təşkil edir:

“Artıq bu əlaqələr dayanacaq, Türkiyə və Azərbaycan arasında da “daha praqmatik” münasibətlər yaranacaq. Bununla da Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi sürətlənəcək. Ancaq bütün bu dəyişiklik dərhal olmayacaq”.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Ermənistanın Azərbaycanla sülh sazişi bağlamasını şərt kimi irəli sürür. Ekspertlər K.Kılıçdaroğlunun bu şərti ortadan qaldıracağını düşünür.

Teqlər: