Hər seçkidən sonra içlərindəki nifrətini püskürməkdən çəkinmirlər. Dünya dəyişir, amma CHP-nin faşist kodları əsla dəyişmir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Kılıçdaroğlu və tərəfdarlarının davranışlarında zərrə qədər dəyişiklik yoxdur. O, heç vaxt sözünün sahibi olmadı, ləyaqətlə geri çəkilməyi də bilmədi. Vətəndaşların şüurunu ələ salmağa davam etdi. Hələ də millətdən üzr istəmir, özü ilə hesablaşmır, səhvlərini etiraf etmir”, – Ərdoğan bildirib.