Sorğu şirkətləri seçkini qazanacağımızı deyirdi, biz də qazanacağımıza inanırdıq. Ortaya çıxan mənzərənin ağır məğlubiyyət olaraq görülməsini doğru saymıram. Bunu cəmiyyətin önünə ağır bir məğlubiyyət kimi qoymaq cəmiyyəti ümidsizliyə sövq edər.
AzerTimes xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu 28 mayda keçirilən prezident seçkilərinin ikinci turundakı məğlubiyyətdən sonrakı ilk geniş açıqlamasında deyib.
Kılıçdaroğlu dəyişiklik üçün çağırış edən İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğluna da mesaj göndərib:
“İstanbulu CHP-çi birinin idarə etməsi gərəkdir. Qazandığımız bələdiyyəni başqa partiyaya niyə verək? Mən namizəd (CHP sədrliyinə – red.) olmamasını demirəm, amma İstanbul önəmlidir. Namizəd ola bilər”.
Qeyd edək ki, Əkrəm İmamoğlu CHP qurultayında sədrliyə ən şanslı namizəd sayılır.