Kılıçdaroğlu ilə razılaşma: 7 maddəlik plan açıqlandı

Kılıçdaroğlu ilə razılaşma: 7 maddəlik plan açıqlandı

Millət İttifaqı lideri, Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu və Zəfər Partiyası başqanı Ümid Özdağ razılığa gəlib.

AzerTimes xəbər verir ki, bu barədə türkiyəli jurnalist İsmayıl Saymaz deyib.

O bildirib ki, Ü.Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəkləyəcək.

Jurnalist 7 punkt üzrə razılaşmanın imzalandığını bildirib.

Razılaşma mətnində qeyd edilən maddələr bunlardır:

1.Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək.

2. Konstitusiyanınn 66-cı maddəsi eynən qorunacaq.

3. 1924-cü il konstitusiyası saxlanılacaq.

4. Miqrantlar 1 il ərzində geri göndəriləcək.

5. Terrorizmlə effektiv mübarizə aparılacaq.

6. Korrupusiya ilə effektiv mübarizə aparılacaq.

7. Dövlət sektorunda təyinatlar ləyaqət əsasında aparılacaq.

Teqlər: