Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeira şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb.
AzerTimes xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar.
Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov “bürünc”ə yiyələniblər. Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov işə 2 fərqli versiyada 2 qızıl medal qazanıb.
Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar.
Qeyd edək ki, dünya çempionatında 70 ölkədən 1369 idmançı qüvvəsini sınayıb.