Kiçik sakinlərimizin daxili dünyasına səyahət (VİDEO)

Melissa Group ailəsi olaraq böyüklərlə yanaşı kiçik sakinlərimizi də hər zaman diqqət mərkəzində saxlamağa davam edirik. Bunun üçün “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-ndə onların xüsusi bacarıqlarını üzə çıxaran sərgi təşkil etməyi özümüzə borc bildik.

1956-cı ildən etibarən, bəşəriyyət 1 iyunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edir. Bütün Demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da insan hüquqlarının qorunmasına xüsusi diqqət verilir. Təbii ki, uşaq hüquqları da insan hüquqlarının ən mühüm və ayrılmaz tərkib hissəsidir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin də gələcəyi onların əlindədir. Ona görə də bu balaca fidanların müdafiəsinə qoşulmağın səbəbi daha da aydınlaşır.

“Melissa Group” tikinti şirkətinin sakinlər arasında kommunikasiyanın yaradılması, “Melissa Group”-un sakinlərə verdiyi dəyərə diqqət çəkmək, kiçik sakinlər arasında sosial aktivliyin artırılması üçün “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” (LİNK: https://melissagroup.az/kicik-sakinlerimizin-daxili-dunyasina-seyahet/)-nə həsr olunmuş “Kiçik əllər, böyük əsərlər” sərgisi keçirilmişdir. İlk öncə “Melissa magazine” qəzetinin “Novruz buraxılışı” vasitəsilə müsabiqəli sərginin şərtləri elan edilmiş, sakinlər tərəfindən əl işləri təqdim olunmuşdur. Sərgi zamanı iştirakçılar təqdim olunub, “Melissa Group” adından mükafatlandırılmışdır.

Layihənin əsas məqsədi kiçik sakinlərimizi rəqəmsal dünyadan kənarlaşdırıb qonşuları ilə daha sıx əlaqə yaratmaq, sosial və mədəni inkişafı möhkəmləndirməkdir.

Təkcə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-ndə deyil, digər bayramlarda (Yeni il, Novruz bayramı, 8 Mart Beynəlxalq qadınlar günü, Sevgililər günü) və əlamətdar günlərdə də kompleksimiz sakinlərini unutmur, onların əyləncəsi və istirahəti üçün gözəl tədbirlər və layihələr həyata keçirir.

Keyfiyyət və rahatlığın ünvanına çevrilən “Melissa Group” 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

“Melissa Group” tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış sənədi (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan “Melissa Group”, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

https://youtu.be/38vfAL5j58k

Teqlər: