“Bu gün dünya yeni kiber-hücumlar dalğası ilə üzləşə bilər.” Bu sözləri “EuroPol” direktoru Rob Vainrayt deyib.
“Artan təhdidlə qarşı-qarşıyayıq. Kiberhücumlara qarşı hər il 200 qlobal mexanizm tətbiq edirik. Lakin daha əvvəl belə bir vəziyyətlə qarşılaşmamışdıq. İstifadəçilər arasında iş adamları da var”, – Avropol direktoru bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl dünyanın 74 ölkəsinə kiberhücum olub. Nəticədə “VannaKray” virusuna yoluxan əksər kompüterlər bloklanıb və ekranlarda blokun açılması üçün ödəniş tələb olunub.