Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?

Məcburi izolyasiya dövründə bir çox istifadəçilər üçün film və seriallar əsl sakitləşdiriciyə çevrildi. Bu əsnada insanlar yeni şouları dəyərləndirmək və nəhayət ki, hər kəsin hansı “kalmar” haqqında danışdığını aydınlaşdırmaq üçün vaxt qazandılar. Amma ehtiyat tədbirlərini də unutmaq lazım deyil, yoxsa virtual kinoteatrın artıq kənar biri tərəfindən istifadə edildiyini və ya kartdan pulların silindiyini görmək olar. Kaspersky dələduzların onlayn kinoteatr həvəskarlarını tələyə salan ən geniş yayılmış hiylələrini təhlil edib.

Onlayn kinoteatrlarda tarif planları fərqli olur, amma bir qayda olaraq onları ödəmək lazımdır və bu ödəmə çox vaxt bank kartı ilə edilir. Bank kartı məlumatlarının daxil edildiyi yerdə fişinq ehtimalı var. Tutaq ki, istifadəçinin hələ yayım (streaming) xidmətində abunəliyi yoxdur və o, bunu əldə etməyə qərar verib. Qeydiyyat üçün aktiv elektron poçt ünvanı, ödəniş üçün isə bank kartı məlumatları lazımdır. Təəccüblü deyil ki, cinayətkarlar bu məlumatları əldə etmək üçün saxta qeydiyyat saytları yaradırlar. Onların köməyilə istifadəçinin kartından pul xərcləyə və ya çıxara bilirlər, elektron poçt ünvanı isə onlara gələcək hücumlar üçün lazım olur.

Hər kəs abunəlik əldə etmək istəmir və açıq istifadə üçün nəzərdə tutulan, pulsuz baxılması mümkün olan filmlər axtarırlar. Bu cür kinomanlara təcavüzkarlar onlar tərəfindən yaradılmış saytda filmin premyerasına baxmağı təklif edirlər. Diqqət cəlb etmək üçün filmdən bir hissə göstərirlər, onu bəzən, hətta efirə getməyən yeni bölüm kimi təqdim edirlər. Çox vaxt bu, artıq açıq istifadədə olan treylerlədən bir hissə olur. Daha sonra qurbanı filmin davamına baxmaq üçün kiçik bir məbləğ ödəməyə təhrik edirlər. Sonrasında hər şey adi ssenari üzrə baş verir: əgər istifadəçi ödəmə məlumatlarını daxil edirsə, hesabı sıfırlanır, “pulu ödənilmiş” məzmun isə yoxa çıxır.

Cinayətkarları həm də təkcə bank kartı məlumatları maraqlandırmır: yayım xidmətlərindəki hesabların login və parolları da əsl pul mənbəyidir. Abunə haqqı ödənilən oğurlanmış hesabı satışa çıxarırlar və günlərin birində öz şəxsi virtual kinoteatrınıza daxil olduqda onun artıq başqası tərəfindən məşğul edildiyini görürsünüz.

Kiber cinayətkarlar kino və serial həvəskarlarını müxtəlif cür aldadırlar: bəzi hiylələri aşkara çıxarmaq olduqca asandır, bəzilərini isə çətin. Amma əgər istifadəçilər sadə rəqəmsal təhlükəsizlik qaydalarına əməl etsələr, öz məlumatlarını tək onlayn kinoteatrlarda yox digər xidmətlərdə də qoruya bilərlər.

Kaspersky tövsiyə edir:

  • məktublardakı linklərə, hətta əsl yayım xidmətindən (və ya bir başqasından) gəldiyini hiss etəsiniz belə, keçid etməyin. Yaxşı olar ki, rəsmi sayta ünvanı əllə daxil edərək və ya tətbiq vasitəsilə daxil olasınız;
  • film və ya serialı rəsmi premyerasından əvvəl göstərəcəyini söz verən səhifələrə inanmayın;
  • “əlinizi gündəmin nəbzində saxlayın” və fişinq və digər dələduzluq sxemləri haqqında daha çox oxuyun. Bu yolla hansı məktub və ya saytlara güvənmək, hansılarına isə şübhə ilə yanaşmağı intuitiv olaraq müəyyən edə bilərsiniz;
  • bütün vacib xidmətlərdə müxtəlif şifrələrdən istifadə edin. Onlarla şifrə kombinasiyasını yadda saxlamayasınız deyə, şifrələr meneceri yükləmək olar;
  • zərərli əlavələri tanıyan və fişinq saytlarını bloklayan etibarlı qoruma həllərindən istifadə edin.
Teqlər: