Türkiyə ilk dəfə NATO-nun Kosovadakı sülhməramlı qüvvələrinə (KFOR) rəhbərlik edib.
AzerTimes xəbər verir ki, bu barədə KFOR-un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəllər KFOR-a İtaliya rəhbərlik edirdi – Mişel Ristuçça Priştnada keçirilən mərasimdə səlahiyyətləri türk general Özkan Uludaşa təhvil verib.
Qeyd edək ki, KFOR missiyası BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq yaradılıb.