KFC də Rusiyada işini dayandırır

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın “Yum! Brands” şirkəti özünə məxsus olan KFC və “Pizza
Hut” restoranlar şəbəkəsinin Rusiyada fəaliyyətlərini
dayandırdığını açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qərar Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar
qəbul edilib.


Qeyd edək ki, ötən gün “McDonald’s”, “Pepsi” və “Coca-Cola”
şirkətləri, bu gün isə “Mothercare” və bir sıra digər şirkətlər
Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını bildiriblər.